“Qəbələ”nin keçmiş baş məşqçisi ən yaxşılar arasında

“Qəbələ”nin keçmiş baş məşqçisi Yuri Syomin Rusiyada son 30 ilin ən yaxşıları sırasında qərarlaşıb.

Komanda.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə görə, 76 yaşlı mütəxəssis ölkəsinin ən yaxşı ikinci məşqçisi seçilib. Onu yalnız “Spartak”da (Moskva) fəaliyyəti ilə tanınan səkkizqat Rusiya çempionu Oleq Romantsev qabaqlayıb. Syomin karyerası ərzində üç dəfə ölkə çempionluğunu qazana bilib.

Siyahıda Valeri Qazzayev 3-cü, Kurban Berdıyev 4-cü, Valeri Karpin isə 5-ci yerdə qərarlaşıb.

“Qəbələ” 2013/2014 mövsümündə Yuri Syominin başçılığı altında Azərbaycan Premyer Liqasında 3-cü yeri tutub, kubokun finalçısı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button