“Qəbələ”nin gürcülərlə ilk oyununun başlama saatı məlum oldu

2019-2020-ci illər mövsümündə UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizəyə başlayacaq “Qəbələ”nin Gürcüstanın “Dinamo” ilə oyununun başlama saatı müəyyənləşib.

Komanda.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, “Qəbələ” ilk oyununu iyulun 25-də Qəbələ şəhər stadionunda keçirəcək. Oyun saat 19:00-da start götürəcək. Cavab görüşü isə avqustun 1-də səfərdə olacaq.

“Qəbələ” 2015-2016-cı illər mövsümündə bu rəqiblə qarşılaşıb. UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan “Qəbələ”, evdə iki cavabsız qolla qalib gələrək, mərhələ adlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button