“Qəbələ”nin futbolçusu Tiflisdə xəstəxanalıq oldu

“Qəbələ” Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanda Tiflis “Dinamo”suna qarşı cavab qarşılaşmasında ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, qarşılaşmanın 37-ci dəqiqəsində Rasim Ramaldanov komanda yoldaşı İvitsa Zuniçlə kəllə-kəlləyə toqquşub. Nəticədə Zuniç meydanı xərəkdə tərk etməli olub.

Daha sonra o, təcili yardım maşınına mindirilərək xəstəxanaya aparılıb. Xorvatiyalı legioneri 40-cı dəqiqədə Sadiq Quliyev əvəzləyib.

Həkimlərin ilkin rəyinə əsasən, Zuniçin almacıq sümüyü qırılıb. (Report)

Bu komandalar arasındakı ilk oyun “Dinamo”nun qələbəsiylə başa çatıb – 2:0. Cavab qarşılaşmasında isə hələ hesab açılmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button