“Qəbələ”nin futbolçusu Rumıniya klubu ilə müqavilə bağladı

“Qəbələ”dən ayrılan futbolçu İsnik Alimi Rumıniya klubu ilə müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, şimali makedoniyalı yarımmüdafiəçi karyerasını “Sepsi”də davam etdirəcək.

Rumıniya təmsilçisi rəsmi saytı vasitəsilə 29 yaşlı oyunçu ilə münasibətlərin rəsmiləşdiyini açıqlayıb.

2021-ci ildən indiyə qədər “Qəbələ”də çıxış edən İsnik Alimi ötən mövsüm Premyer Liqada 34 oyun keçirib, aktivinə 9 qol yazdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button