“Qəbələ”nin APEOL-lə oyunlarının yeri və vaxtı dəyişdirildi

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ“nin U-19 komandasının Çempionlar yolunun 1-ci mərhələsində APOEL-lə keçirəcəyi oyunlarının yeri və vaxtı dəyişdirilib.

Komanda.az Qəbələ təmsilçisinin saytına istinadən xəbər verir ki, klublar arasında qarşılıqlı razılaşmaya əsasən, ilk matçın meydan sahibi “qırmızı-qaralar” deyil, Kipr təmsilçisi olacaq. Nikosiyadakı matç oktyabrın 2-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Cavab oyunu oktyabrın 23-də deyil, ertəsi gün keçiriləcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 14:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button