“Qəbələ”nin 4 futbolçusu “Zirə” ilə matçda olmayacaq

“Qəbələ” Azərbaycan Premyer Liqasının 29-cu turunun “Zirə” ilə səfərdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub. 

Komanda.az kluba istinadən xəbər verir ki, dörd futbolçu komandanın məşqinə qatılmayıb. Asif Məmmədov, Ülvi İsgəndərov, Ahmed Ayzaya və İlkin Qırtımov məşqdə iştirak etməyiblər.

Bu gün Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” – “Qəbələ” qarşılaşması saat 16:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button