“Qəbələ”dən Abbasovla yeni müqavilə

“Qəbələ” İdman Klubu və MMA döyüşçüsü Nəriman Abbasov arasında müqavilə uzadılıb.

Komanda.az xəbər verir ki, 28 yaşlı idmançı ilə yeni anlaşma bir ili əhatə edir.

Müqavilənin imzalanma mərasimindən sonra klubun prezidenti Fariz Nəcəfov döyüşçü və onun məşqçisi Şəhriyar Abbasovla görüşüb.

Tədbirdə Nərimanın döyüşləri barədə fikir mübadiləsi aparılıb. Klub prezidenti idmançıya karyerasında uğurlar arzulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button