“Qəbələ”də türkiyəli məşqçi – Rəsmi

“Qəbələ”nin əsas komandasında daha bir təyinat gerçəkləşib.

Komanda.az kluba istinadən xəbər verir ki, Çağlar Volqa “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.

Türkiyəli mütəxəssis Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 46 yaşlı məşqçinin son klubu “Samsunspor” olub. O, Türkiyə təmsilçisində fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib.

Volqa karyerası ərzində “Marmaris Bələdiyyəsi”, “Göztəpə”, “Altınordu”, “Altay”, “Ərzincanspor”, “Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb. O, “Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, “Ərzurumspor” və “Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button