“Qarabağ”la “Sabah”dan inamlı qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tura start verilib.

Komanda.az xəbər verir ki, turun ilk oyunu Tovuzda keçirilib. Çempionatın mübariz kollektivlərindən olan “Turan Tovuz” mövsümün uğursuz komandalarından sayılan “Şamaxı”nı qəbul edib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda doğma meydanda “Şamaxı”ya 1:3 hesabı ilə uduzub. Bununla da, Şamaxı təmsilçisi cari mövsümdə ilk qələbəsini qazanmış olub.

Dünən turun daha iki oyunu keçirilib. Əvvəlcə “Qəbələ” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Bu oyunun taleyini matça əlavə olunmuş dəqiqələrdə vurulan qol həll edib. “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov “Zirə”nin qapıçısı Mehdi Cənnətovun “çərçivə”dən irəli çıxdığını görərək, meydanın mərkəzindən baxımlı qola imza atıb. 0:1 hesablı məğlubiyyət “Zirə”nin turnir cədvəlində “Qəbələ”dən geri düşməsinə səbəb olub.

Turnir cədvəlinin sonuncu pillələrindən qurtulmağa çalışan “Sumqayıt” isə bu tur “Neftçi” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda meydan sahibləri iki dəfə hesabda önə keçsələr də, üstünlüyü qoruya bilməyiblər.

Son oyun günündə meydana əvvəlcə “Səbail”lə “Sabah” çıxıb. Bu görüşdə qonaqlar 2:0 hesablı qələbəyə seviniblər.

Turun son matçında isə “Qarabağ” “Kəpəz”i sınağa çəkib. Ağdam təmsilçisi liderliyini inamlı qələbə ilə qoruyub.

Azərbaycan Premyer Liqası, 13-cü tur

4 noyabr

Turan Tovuz – Şamaxı 1:3
Qol:
Runi Eva, 33-pen – Kamran Quliyev, 17. Rauf Hüseynli, 42. Fuad Bayramov, 51.
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
Tovuz şəhər stadionu

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 9. İmeda Aşortiya, 19. Runi Eva, 23. Okebuqvu Henri
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 36. İzzət Müştaqov, 87. Nazim Həsənzadə, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov
Baş məşqçi: Vüqar Əsgərli

5 noyabr

Qəbələ – Zirə 1:0
Qol:
Ülvi İsgəndərov, 90+3.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
Qəbələ şəhər stadionu

Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

Zirə: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 13. Ramin Əhmədov, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 44. Dmitrios Çantakias, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

Sumqayıt – Neftçi 2:2
Qol: R.Qadze, 41. M.Xaçayev, 61 – Q.Donyo, 47. A.Caber, 87.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Vüsal Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
Sumqayıt şəhər stadionu

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 15. Vüqar Bəybalayev, 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 43. Riçard Qadze, 12. Todor Todoroski, 22. Damian Daniçiç.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 7. Araz Abdullayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç.
Baş məşqçi: Samir Abasov.
Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 26. Ömər Buludov, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.

6 noyabr

Səbail – Sabah 0:2
Qol: Ceyhun Nuriyev, 36. Aleksey Kaşuk, 47.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rəşad Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
“ASCO Arena”

Səbail: 12. Hüseynəli Quliyev, 9. Mirabdulla Abbasov, 6. Cabir Əmirli (k), 17. Rafael Məhərrəmli, 27. Emil Martinov, 11. Qoba Zakpa. 30. Franko Mazurek, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 21. Kizito Luvaqa
Baş məşqçi: Mahmud Qurbanov

Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev, 13. Abdulaye Ba (k), 7. Boyan Letiç, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev

Qarabağ – Kəpəz 3:1
Qol: R.Şeydayev, 16-pen. M.Qurbanlı, 76. K.Ovusu, 79 – Y.Nəbiyev, 75.
Matçın 88-ci dəqiqəsində M.Qurbanlı penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

Qarabağ: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 6. Julio Romao.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borges, 11. Kvabena Ovusu.
Baş məşqçi: Qurban Qurbanov.
Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 37. Ruslan Süleymanov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze.
Baş məşqçi: Tərlan Əhmədov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button