“Qəbələ” – “Zirə” matçında məcburi fasilə

Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən “Qəbələ” – “Zirə” matçında məcburi fasilə elan edilib.

Komanda.az xəbər verir ki, buna Qəbələyə yağan güclü qar səbəb olub.

Matçın baş hakimi Əliyar Ağayev Qəbələ şəhər stadionunda meydançanın xətlərinin qardan təmizlənməsi üçün oyunu 65-ci dəqiqədə dayandırıb.

Görüşdə hesab açılmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button