“Qəbələ” – “Olimpiakos” matçının hakimləri müəyyənləşib

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının ikinci mərhələsinin ilk oyunu çərçivəsində Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.

Komanda.az xəbər verir ki, noyabrın 8-də, saat 16:00-da Qəbələ şəhər stadionunda keçiriləcək oyunda ədaləti Gürcüstandan olan hakimlər briqadası qoruyacaq.

Baş hakim Qoqa Kikaçeşviliyə laysmanlar qismində David Axvlediani və Davit Qabisonia kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı referi Tural Qurbanov yerinə yetirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button