“Qırmızı oyun”da “Neftçi” sevindi, “Qarabağ”dan darmadağın

Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. İki turdan sonra xalsız olan “Qəbələ” doğma meydanında “Keşlə”ni qəbul edib və bu dəfə də böyük hesabla məğlub olub.

Ötən tur “Neftçi”ni məğlub edərək, 3 xal qazanan “Zirə” isə “Sabah”la üz-üzə gəlib. Bu görüşdə məhsuldar heç-heçə qeydə alınıb.

Turun bu gün keçirilən ilk oyununda yeni mövsümə uğursuz start verən “Neftçi” “Sumqayıt”ı sınağa çəkib. Üç qolun vurulduğu, kifayət qədər gərgin və qalmaqallı keçən görüşün sonunda meydan sahibləri qələbə qazanıblar. Baş hakim xüsusilə matçın sonlarında 3 futbolçuya qırmızı vərəqə göstərmək məcburiyyətində qalıb.

“Qarabağ” isə “Səbail” səfərinə yollanıb. Hər iki komanda ilk 2 turda qələbə qazandığından, bu görüş vahid liderlik baxımından böyük önəm daşıyırdı. Gözlənildiyi kimi, matç Ağdam klubunun qələbəsiylə bitib.

Azərbaycan Premyer Liqası, 3-cü tur

31 avqust

Qəbələ – Keşlə 0:4
Qol: Slavik Alxasov, 10. Tural Bayramlı, 39. Lorenzo Frutos, 45+1; 90+1.
Hakimlər:
Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu, 18:30

Qəbələ: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 9. Davit Volkov, 21. Fernan Lopes, 77. Merab Qiqauri, 10. Klesio Bauk, 13. Kristian Kuaku, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 8. Qismət Alıyev, 5. Rasim Ramaldanov, 14. Ülvi İsgəndərov, 7. Roman Hüseynov, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı.
Baş məşqçi: Zaur Həşimov.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 11. Ruslan Qurbanov, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 21. Miyuşko Boyoviç, 25. Con Kamara, 5. Franko Flores, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 14. Emin Mehtiyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov.
Baş məşqçi: Tərlan Əhmədov.

Zirə – Sabah 1:1
Qol: Soni Norde, 88 – Amadu Diallo, 35.
Oyunun 48-ci dəqiqəsində “Zirə”nin kapitanı Cavid Hüseynov penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər:
Rövşən Rəcəbov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu, 20:30

Zirə: 1. Orxan Sadıqlı, 4. Elvin Camalov, 7. Cavid Hüseynov (k), 10. Elvin Məmmədov, 48. Şafik Tiqrudja, 27. Adrian Skarlatake, 5. Anastasios Papazoqlu, 25. Miloş Bakraç, 11. Soni Norde, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 8. İlkin Muradov, 17. Robin Nqalande, 23. Mfo Kqasvane, 18. Xulio Sezar Rodriges, 70. Nicat Süleymanov, 64. Kənan Cəfərov.
Baş məşqçi: Samir Abasov.
Sabah: 1. Saşa Stamenkoviç, 4. Bəhlul Mustafazadə, 21. Təmkin Xəlilzadə, 10. Cavid İmamverdiyev, 15. Ruslan Abışov (k), 14. Rəşad Eyubov, 22. Məqsəd İsayev, 7. Coşqun Diniyev, 23. Amadu Diallo, 19. Rocer Roxas, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 6. Vadim Abdullayev, 17. Məhəmməd Mirzəbəyov, 5. Kərim Diniyev, 27. Hendrik Eksteyn, 13. Filip İvanoviç, 9. Ulise Diallo, 99. Abbas Ağazadə, 11. Şakir Seyidov.
Baş məşqçi: Elşad Əhmədov.

1 sentyabr

Neftçi – Sumqayıt 2:1
Qol: Emin Mahmudov, 64. Stiven Monroz, 90+4 – Mehdi Şərifi, 31-pen.
Qırmızı vərəqə: Murad Xaçayev, 82 (ikinci sarı). Anton Krivotsyuk, 90+6 (ikinci sarı). Vurğun Hüseynov, 90+6.
Hakimlər:
Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
8-ci km stadionu, 19:00

Neftçi: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 11. Evangelos Platellas, 36. Mamadu Kane, 93. Soni Mustivar, 9. Baqali Dabo, 28. Stiven Monroz, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 19. Rauf Əliyev, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 10. Dario Frederiko, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Sumqayıt: 1. Mehdi Cənnətov, 22. Sərtan Taşqın, 9. Amil Yunanov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 2. Rail Məlikov, 4. Şəhriyar Əliyev, 10. Əmir Ağayev, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 14. Elvin Bədəlov, 11. Elgün Nəbiyev, 97. Xəyal Nəcəfov, 7. Ehtiram Şahverdiyev, 8. Peyman Babayi, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.

Səbail – Qarabağ 0:4
Qol: Dani Kintana, 2. İsmayıl İbrahimli, 29; 59. Mahir Emreli, 62.
Hakimlər:
Kamal Umudlu, Pərvin Talıbov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”, 21:00

Səbail: 85. Kamal Bayramov, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 7. Fəhmin Muradbəyli, 32. Elvin Yunuszadə, 22. Mirabdulla Abbasov, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 17. Elçin Rəhimli, 26. Kamal Qurbanov, 9. Mirsahib Abbasov, 5. Vüqar Bəybalayev, 6. Maykl Esyen, 23. Murtazəli Abakarov, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 4. Rahil Məmmədov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 6. Simeon Slavçev, 3. Aylton Silva, 9. Xayme Romero, 99. Maqaye Qeye, 21. Hacıağa Hacılı, 45. Rauf Hüseynli, 71. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button