“Qəbələ” ilə xal fərqini artırmalıyıq” – Rahid Əmirquliyev

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq “Səbail” klubunun futbolçusu Rahid Əmirquliyev açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan kapitan, əyalət təmsilçisi ilə oyundan əvvəl bunları deyib:

“Komandada hamı “Keşlə”yə qarşı qazandığımız üç xaldan razıdır. Növbəti oyunlarda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Fikirlərimiz növbəti turda “Qəbələ” ilə oyuna yönəlib. Bu, bizim üçün vacib oyundur, “Qəbələ” ilə xal fərqini artırmalıyıq”.

“Səbail” – “Qəbələ” oyunu bazar günü, saat 16:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button