“Qəbələ” ilə “Sumqayıt”ın 42-ci görüşü

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start veriləcək.

Komanda.az xəbər verir ki, turun ilk oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edəcək.

Bu, komandalar arasında 42-ci duel olacaq. “Qırmızı-qaralar” indiyədək “Sumqayıt”la 41 dəfə üz-üzə gəlib. Əvvəlki oyunlarda “Qəbələ” böyük üstünlüyə malikdir. Aktivində 24 qələbə olan bu komanda 12 heç-heçə edib və yalnız 5 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 65-29. “Qırmızı-qaralar”ın heyətində “Sumqayıt”la matçların bombardiri 7 qola imza atan Viktor Mendidir.

Premyer Liqa çərçivəsində baş tutan 38 görüşdə 22 dəfə üç xal qazanan “Qəbələ” 11 sülhə nail olub. “Sumqayıt” isə 5 dəfə qalib gəlib. Çempionatdakı top fərqi 62-28-dir.

Öz meydanında 21-ci dəfə “Sumqayıt”ı sınağa çəkəcək əyalət təmsilçisi evdə 14 qələbə qazanıb, 5 heç-heçə edib və 1 dəfə məğlub olub. Öz meydanında 36 top vuran “Qəbələ” 12 qol buraxıb.

Qəbələ şəhər stadionunda keçiriləcək bu oyuna saat 17:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button