“Qəbələ” ilə “Səbail”in 30-cu dueli

“Qəbələ” Premyer Liqanın 25-ci turunda evdə “Səbail”lə görüşəcək.

Komanda.az xəbər verir ki, bu, rəqiblərin 30-cu dueli olacaq.

Əvvəlki qarşılaşmalarda “Qəbələ” üstünlüyə malikdir. İndiyədək keçirilən 29 görüşdə 16 qələbəsi olan “qırmızı-qaralar” 6 görüşdən sülhlə ayrılıb. Paytaxt təmsilçisi isə 7 dəfə qalib gəlib. Rəqib qapısından 52 top keçirən “Qəbələ” 33 qol buraxıb. Ülvi İsgəndərovla Baqali Dabo “Səbail”ə daha çox – hərəyə 6 qol vurub.

“Qəbələ” “Səbail”lə 25 dəfə çempionat, 4 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 12 qələbə və 6 heç-heçəsi olan “qırmızı-qaralar” 7 dəfə xalsız qalıb. Komanda top fərqində də öndədir – 43-29.

“Qəbələ” 15-ci dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək. İndiyədək “Qəbələ” evdəki 14 görüşdə 10 qələbə qazanıb, 3 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Meydan sahiblərinin 31 qol vurduğu görüşlərdə qonaqlar 11 dəfə fərqlənib.

Bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 16:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button