“Qəbələ”nin prezidenti Qarabağda döyüşür – Açıqlama

“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov cəbhəyə yollanıb.

Bu barədə əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov Komanda.az saytına açıqlamasında deyib. O, Nəcəfovun müharibənin ilk günlərindən cəbhəyə yollandığını bildirib:

“Fariz müəllim cəbhədədir. O, müharibənin ilk günlərindən könüllü olaraq ordu sıralarına qoşulub”.

Əzizov, hazırda klubda prezident vəzifəsinin müvəqqəti icrasının kiməsə tapşırılmadığını da deyib:

“Hazırda klubda bu vəzifə üçün müvəqqəti kimsə təyin olunmayıb. İşlərimiz öz axarında gedir, xüsusi nəsə olanda Fariz müəllimlə əlaqə saxlayırıq. Ancaq belə, işlərimiz həmişəki rejimdə və qaydada gedir”.

Fariz Nəcəfov karate üzrə dəfələrlə dünya və Avropa çempionu olub. Nəcəfov, 2019-cu ilin aprelindən “Qəbələ” İdman Klubunun prezidenti vəzifəsini icra edir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button