“Qəbələ” Gənclər Liqasının qalibi oldu

AFFA-nın təşkil etdiyi Gənclər Liqasında bu gün son turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Liqanın qalibi “Qəbələ” komandası olub.

“Sumqayıt” – “Qəbələ” oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

“Qəbələ” komandasının üzvü Elməddin Soltanov ən yaxşı qapıçı, onun komanda yoldaşlı İdris İnqilablı isə ən yaxşı oyunçu seçilib. Mövsüm ərzində 18 qolla liqanın bombardiri olan Samir Qurbanova (“Qəbələ”) xüsusi mükafat verilib.

Liqanı üçüncü pillədə başa vurmuş “Neftçi”, ikinci yeri tutmuş “Keşlə” və turnirin qalibi “Qəbələ” müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib.

Sonda “Qəbələ” komandasına kubok təqdim olunub.

Mükafatları AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev və futbol veteranı Rüstəm Rəhimov təqdim ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button