“Qəbələ” məğlubiyyətlə başladı

Futbol üzrə Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən olan “Qəbələ” də bu gün mübarizəyə start verib. Sənan Qurbanovun rəhbərlik etdiyi kollektiv Gürcüstan “Dinamo”sunu qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən görüş təmsilçimiz üçün uğursuz alınıb.

“Qəbələ” 2015-2016-cı illər mövsümündə də “Dinamo” ilə qarşılaşıb. Avropa Liqasının 1-ci təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” cavab matçında 2:0 hesabı ilə qalib gələrək, mərhələ adlayan tərəf olub.

Bu dəfə isə “Qəbələ” öz meydanında 2 cavabsz qolla məğlub olub. Komandalar arasındakı cavab oyunu avqustun 1-də Tiflisdə keçiriləcək.

Avropa Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun

25 iyul

Qəbələ – Dinamo (Tbilisi, Gürcüstan) 0:2
Qol: Levan Kutaliya, 41. Arfanq Daffe, 87.
Baş hakim:
Nikolas Uolş (Şotlandiya)

Qəbələ: 1. Anar Nəzirov (k), 2. Amin Seydiyev, 3. İvitsa Zuniç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Davit Volkov, 10. Klesio, 14. Ülvi İsgəndərov, 21. Ferreyra Lopes, 74. Yusif Nəbiyev, 77. Merab Giqauri.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 11. Asif Məmmədov, 13. Kristian Kouakou, 19. Rövlan Muradov, 28. Murad Musayev.
Baş məşqçi: Sənan Qurbanov.
Dinamo: 1. Perales Najera, 3. Viktor Mongil, 5. Davit Kobouri, 8. Georgi Kuxianidze, 10. Levan Şengeliya (k), 15. Georgi Papava, 16. Georgi Kimadze, 19. Levan Kutaliya, 24. Nodar İaşvili, 32. Nika Ninua, 38. Nodar Kavtaradze.
Ehtiyat oyunçular: 12. Sergey Litovçenko, 2. Qudza Ruxaya, 6. Bakar Kardava, 7. Goergi Zarya, 9. Kvame Karikari, 11. Akaki Şulaya, 14. Arfanq Daffe.
Baş məşqçi: Feliks Miranda.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button