Qələbə qazanmaq məcburiyyətindəyik – Kovaç

Almaniya Bundesliqasının növbəti turunda “Bayer”lə qarşılaşacaq “Bavariya”nın baş məşqçisi Niko Kovaç, oyundan əvvəl açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, qarşılaşmanın asan olmayacağını deyib:

“Qələbə qazanmaq məcburiyyətindəyik, amma bu, çox çətin olacaq. “Bayer” həqiqətən çox yaxşı komandadır. Onlar indi daha yaxşı müdafiə olunur, hücum edir və kompakt oyun göstərirlər. Bu oyun bizim üçün asan olmayacaq. Diqqətli olmalı və səhvlərdən qaçmalıyıq”.

Xorvat mütəxəssis, çempionluq yarışındakı əsas rəqibləri olan “Borussiya”nın (Dortmund) “Ayntraxt”la oyunu haqqında da danışıb:

“Borussiya”nın “Antraxt”la oyunu? Biz yalnız öz oyunumuza köklənmişik. Amma mənim Frankfurtda olan köhnə tanışlarım nə edəcəklərini bilirlər”.

“Bayer” – “Bavariya” oyunu bu gün, saat 18:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button