“Qəbələ”nin zədəlilərindən son xəbər

“Qəbələ” Premyer Liqanın 15-ci turunun sabah keçiriləcək oyununda “Qarabağ”ın qonağı olacaq.

Komanda.az xəbər verir ki, səfər qarşılaşmasının hazırlığına “qırmızı-qaralar”ın bir futbolçusu qatılmayıb.

Fares Abu Akel bərpa prosesi keçir. Emil Səfərov isə artıq komanda ilə birgə məşq edir.

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” görüşü saat 19:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button