“Qəbələ”nin kikboksçusu Alim Nəbiyev Azərbaycan çempionu olub.
Komanda.az xəbər verir ki, Nəbiyev kikboksinq üzrə Azərbaycan çempionatında uğurlu olub. O, titullu idmançıların iştirakı ilə təşkil olunan final görüşlərindən ibarət qala-gecəsində qüvvəsini sınayıb.
Nəbiyev 81 kq çəki dərəcəsində “Full Contact” versiyası üzrə mübarizə aparıb. Onun rəqibi Elmar Abdullayev olub. Bu döyüşdən qələbə ilə ayrılan Alim çempion adına yiyələnib.