“Qəbələ”nin sabiq hücumçusu Estoniya klubunda

“Qəbələ”nin sabiq futbolçusu Sergey Zenyovun yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, son olaraq Qazaxıstan “Şaxtyor”unun (Karaqanda) formasını geyinmiş estoniyalı hücumçu ölkəsinin “Flora” klubuna keçib.

32 yaşlı forvard Tallin təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2015-2017-ci illər aralığında “Qəbələ”nin şərəfini qoruyan Sergey Zenyov əyalət təmsilçisinin heyətində 47 oyunda 8 qol vurub.