“Qəbələ”nin futbolçusunun evindən 5 min dollar oğurlandı

“Qəbələ”nin futbolçusu Dmitri Bezotosnının evindən oğurluq olub.

Komanda.az xəbər verir ki, 35 yaşlı qapıçının yaşadığı mənzildən 5 min ABŞ dolları oğurlanıb (Report).

Polisin araşdırması nəticəsində oğurluqda şübhəli bilinən N.M. saxlanılıb. Oğurluq edən qadın Bezotosnının uşaqlarının dayəsi olub.