“Qəbələ”nin məşqçisi daha 5 oyun cəzalandırıldı

AFFA U-15 Liqasında çıxış edən “Qəbələ”nin məşqçisi Şəhruz Mustafayev daha beş oyun cəzalandırılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Mustafayev səfərdə “Sumqayıt”a qarşı oyun vaxtı hakimlərin ünvanına qeyri-etik ifadələr işlətdiyi üçün bu halla üzləşib.

Komitə mayın 24-də də Mustafayevi 5 matçlıq cəzalandırmışdı. O, evdə eyni komanda ilə görüşün 72-ci dəqiqəsində hakimləri təhqir etmişdi.

Bundan əlavə, U-14 Liqasında mübarizə aparan “Astara”nın rəsmisi Qəhrəman Mirzəyev öz futbolçusu Yusif Qurbanovu təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb və beş oyunluq cəza alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button