“Qəbələ” UEFA Gənclər Liqası ilə erkən vidalaşdı

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, “qımızı-qaralar” Çempionlar yolunun 1-ci mərhələsinin cavab görüşündə “Hayduk”la qarşılaşıb.

Azərbaycan və Xorvatiya çempionlarının duelində ilk 45 dəqiqədə hesab açılmayıb. Matçdakı qollar ikinci hissədə vurulub. Öncə Şahin Şahniyarov Samir Ağayevin ötürməsindən sonra qonaqların qapısına yol tapıb. Lakin Zaur Hacıyevin yetirmələri üstünlüyü qoruya bilməyib. Oyunun sonunadək iki qol vuran Split təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Səfərdə keçirilən ilk görüşdə də qalib gələn xorvatiyalılar 2-ci mərhələyə yüksəlib. “Qırmızı-qaraıar” isə avrokubok mövsümünü başa vurub.

UEFA Gənclər Liqası
Çempionlar yolu, 1-ci mərhələ, cavab oyunu

4 oktyabr

Qəbələ – Hayduk 1:2
Qol
: Şahin Şahniyarov, 52 – Luka Vuşkoviç, 68. Yere Vrtsiç, 88.
Baş hakim: Arda Kardeşler (Türkiyə).
Baş hakimin köməkçiləri: Mehmet Emin Tugral, Süleyman Özay (hər ikisi Türkiyə).
Dördüncü hakim: Kamal Umudlu (Azərnaycan).
Qəbələ şəhər stadionu.
İlk oyun – 0:3.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button