“Qəbələ”nin Gənclər Liqası üçün iştirak ərizəsi açıqlanıb

“Qəbələ”nin U-19 komandasının Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə keçirəcəyi UEFA Gənclər Liqasının 1-ci mərhələsinin oyunları üçün iştirak ərizəsi açıqlanıb.

Komanda.az xəbər verir ki, Azərbaycan komandasının məşqçilər korpusu 20 futbolçunun adını siyahıya daxil edib.

Həmin oyunçular bunlardır: 1. Məmməd Muradov, 2. Həbib Hüşənov, 3. Nuğay Rəşidov, 4. Fuad Əhmədov, 5. İbrahim Ramazanov, 6. Ravil Qafarov, 7. Eşqin Əhmədov, 8. Okan Təhməzli, 9. Sənan Ağalarov, 10. Şahin Şahniyarov, 11. Kənan Baxışov, 12. Xəyyam Məmmədli, 13. Rüfət Bədəlzadə, 14. Qədir Ramazanov, 15. Rəvan Əsədov, 16. Cuma Hüseynov, 17. İlkin Budaqov, 18. Elnur Mustafayev, 19. Ceyhun Bağırzadə, 20. İslam Abdüləzizov.

“Qəbələ” ilə “Puşkaş Akademiya” arasında ilk oyun oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button