“Qəbələ”nin futbolçusu 6 aylıq sıradan çıxdı

“Qəbələ”nin dörd futbolçusu komandanın məşq prosesində iştirak etmir.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ürfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirirlər.

Misli Premyer Liqasının 1-ci turunun “Turan Tovuz”la oyununun hazırlıq prosesində zədələnən Rüfət Əhmədovun da durumuna aydınlıq gəlib. “West Hospital”da müayinə olunan müdafiəçinin sağ ayağının çarpaz bağlarının qopduğu müəyyənləşib. Əhmədov yaxın günlərdə əməliyyat olunacaq. Arxa xətt oyunçusu təxminən 6 ay meydanlardan kənar qalacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button