“Qəbələ”nin futbolçusu əməliyyat edildi

“Qəbələ” klubunun futbolçusu Yaovi Akakpo əməliyyat olunub.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin diz qığırdağından keçirdiyi əməliyyatı uğurla keçib. 

2020-ci ildən “Qəbələ”də oynayan Akakpo ilə müqavilə müddəti bir illik uzadılıb.