“Qəbələ”nin baş məşqçisi: “Mərhələ keçməyi hədəfləmişik”

UEFA Gənclər Liqasının Çempionlar yolunun 1-ci mərhələsinin ilk oyunları çərçivəsində keçirilən APOEL (Kipr) – “Qəbələ” matçından (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Famil Xəlilov qarşılaşma barədə fikirlərini açıqlayıb.

Komanda.az sizi gənc mütəxəssisin fikirləri ilə tanış edir:

“Səfər oyununda istəyimiz qol vurmaq idi. Futbolçuları təbrik edirəm. Sona qədər çox yaxşı mübarizə apardılar. Rəqib meydanında qol vurduq. Bu, bizim üstünlüyümüzdü. Səfərdə qol vurduğumuz üçün üstünlük bizim tərəfimizdədi. Lakin hər şey bitməyib. Qəbələdə daha yaxşı mübarizə aparmaq, mərhələ keçməyi hədəfləmişik. Komandamız matça bir az həyəcanlı başladı. Amma vaxt keçdikcə futbolçular uyğunlaşdı. Bir neçə qol imkanımız oldu. Lakin yararlana bilmədik. Mübarizəyə görə komandanı təbrik edirəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button