“Qəbələ”də ukraynalı yarımmüdafiəçi

Misli Premyer Liqasının 2022-2023-cü illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” yay transfer dövründə altıncı oyunçu keçidini reallaşdırıb.

Ukraynalı yarımmüdafiəçi Andrey Strijak 2022-2023-cü illər mövsümündə bu komandanın formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Kiyev “Dinamo”sunun yetirməsi olan Andrey peşəkar karyerası ərzində “Şaxtyor” (2017-2018), “Arsenal” (2018-2019), “Vorskla” (2019), “Çernomorets” (2020), “Ximik” (2020), “Metallist” (2021-2022), “Olimpik” (2021) və Xorvatiyanın “Medimurye” (2022) klublarının formasını geyinib.

Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos, Feras Abu Akal və Ramon Maçadonu heyətinə qatıb.