“Qəbələ” dörd əskiklə hazırlaşır

“Qəbələ”nin dörd futbolçusu komandanın məşq prosesində iştirak etmir.

Komanda.az xəbər verir ki, əyalət klubunun rəsmi saytı məlumat yayıb.

Üç oyunçu proqram üzrə bərpa prosesini davam etdirir. Bu futbolçular Ürfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpodur. Digər zədəli futbolçu isə 6 aylıq sıradan çıxan Rüfət Əhmədovdur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button