PSJ yenə xal itirdi

Fransa Liqa 1-də 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 6 oyun baş tutub.

“Havr” “Tuluza”nı, “Mets” “Klermon”u, “Monako” isə “Strasburq”u minimal hesabla məğlub edib. Marsel “Olimpik”i doğma meydanda “Nant”a 2 cavabsız qolla qalib gəlib.

“Lill” – “Renn” və PSJ – “Reyms” matçlarında da məhsuldar heç-heçə qeydə alınıb.

Hazırda PSJ 56 xalla liderdir. “Brest” 46 xalla 2-ci, “Monako” 45 xalla 3-cüdür. “Lill” və “Lans” 42, “Nitsa” 40, Marsel “Olimpik”i 39 xal toplayıb.

Fransa Liqa 1
25-ci tur

8 mart

Nitsa – Monpelye 1:2
Qollar: Boqa, 12 – Todibo, 10-öz qapısına. Savanye, 42-pen.

9 mart

Loryan – Olimpik (Lion) 0:2
Qollar: Talyafiko, 52. Balde, 64.

Lans – Brest 1:0
Qol: Aquilar, 32.

10 mart

PSJ – Reyms 2:2
Qollar: Abdelhamid, 17-öz qapısına. Q.Ramos, 19 – Munetsi, 7. Diakite, 45.

Havr – Tuluza 1:0
Qol: Operi, 60.

Mets – Klermon 1:0
Qol: Mikautadze, 33-pen.

Strasburq – Monako 0:1
Qol: Ben Seqir, 72.

Lill – Renn 2:2
Qollar: David, 84; 90+1 – Blas, 1. Kalimuendo, 20.

Olimpik (Marsel) – Nant 2:0
Qollar: Obameyanq, 17; 79.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button