PSJ “Real”ın futbolçusunu istəyir – Kapitana əvəzləyici kimi

Fransanın PSJ klubu “Real”ın müdafiəçisini heyətinə qatmaq niyyətindədir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun futbolçusu Rafael Varan Paris təmsilçisinin maraq dairəsindədir. Parislilər Varanı komandanın 34 yaşlı kapitanı Tiaqo Silvanın əvəzləyicisi kimi görürlər.

Bir müddət əvvəl Varanın mövsümün sonunda komandadan ayrılmaq istəyini “Real” rəhbərliyinə bildirdiyi haqda xəbərlər yayılmışdı

Fransalı futbolçu ilə “Yuventus”, “Mançester Yunayted” və “Bavariya” da maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button