PSJ 45 milyon avroluq transferə hazırlaşır

Fransanın PSJ klubu “Sevilya”nın 28 yaşlı futbolçusu üçün hərəkətə keçir.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi, “Sevilya”dan ayrılmaq istədiyi deyilən Vissam Ben Yedderi heyətinə qatmaq niyyətindədir.

PSJ-nin fransalı futbolçu üçün 45 milyon avro ödəməyə hazır olduğu bildirilir.

2016-cı ildən “Sevilya”da çıxış edən Yedder, geridə qoyduğumuz mövsümdə 54 oyunda 30 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button