“Marsel”dən inamlı, “Monako”dan çətin qələbə

Fransa Liqa 1-də 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda lider PSJ səfərdə “Nitsa” ilə qarşılaşıb. Paris təmslçisi bu görüşdə darmadağına sevinib.

“Lion” bu turda “Dijon”la qarşılaşıb və yenə xal itirib. Liderin əsas izləyicilərindən olan “Nant” səfərdə “Mets”ə, “Anje” isə evdə “Brest”ə uduzub.

Sonuncu oyun günündə üç görüş baş tutub. “Bordo” evdə “Sent-Etyenn”ə minimal hesabla məğlub olub. “Monako” evdə “Renn” üzərində çətin qələbəyə sevinib. “Marsel” isə “Strasburq”u iki cavabsız qolla üstələyib.

Fransa Liqa 1, 10-cu tur

18 oktyabr

Nitsa – PSJ 1:4
Qol
: Qanaqo, 67 – Di Mariya, 15; 21. Mbappe, 88. İkardi, 90+1.

19 oktyabr

Lion – Dijon 0:0

Anje – Brest 0:1
Qol
: Kardona, 67.

Mets – Nant 1:0
Qol
: Diallo, 86.

Nim – Amyen 1:1
Qol
: Martines, 41 – Kalabresi, 90+5.

Reyms – Monpelye 1:0
Qol
: Abdelhamid, 2.

Tuluza – Lill 2:1
Qol
: Sanoqo, 58. Qradel, 66-pen – Fonte, 90+3.

20 oktyabr

Bordo – Sent-Etyenn 0:1
Qol
: Bouanqa, 90+2-pen.

Monako – Renn 3:2
Qol
: Ben Yedder, 3; 90+3. Slimani, 56 – Mauassa, 12. Hunu, 48.

Marsel – Strasburq 2:0
Qol
: Kamara, 3. Strotman, 90+4-pen.

Bombardir: Vissam Ben Yedder (Monako) – 7 qol.