PSJ 3 xalı tək qolla qazandı

Fransa Liqa 1-də 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Nim” “Dijon”u, “Lion” isə “Genqam”ı qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbəni bayram edən tərəf olub.

Şənbə günü daha üç görüş baş tutub. İlk oyun günündə olduğu kimi, bu oyunların da hamısında meydan sahibləri qələbəni bayram ediblər. “Marsel” “Amyen”i, “Anje” “Nitsa”nı, “Monako” isə “Nant”ı məğlub yola salıb.

Son oyun günündə “Bordo” doğma meydanda “Tuluza”ya, “Reyms” isə “Renn”ə qalib gəlib. “Kan” – “Strasburq” və “Lill” – “Monpelye” matçlarında qalib müəyyənləşməyib. Turnir cədvəlinin lideri PSJ isə “Sent-Etyen” səfərinə yollanacaq. Paris təmsilçisi bu oyunda minimal hesabla qalib gələrək, zirvədəki mövqeyini daha da möhkəmləndirib.

Fransa Liqa 1, 25-ci tur

15 fevral

Nim – Dijon 2:0
Qol: Savanye, 28. Bobiçon, 83.

Lion – Genqam 2:1
Qol: Terrye, 17. Fekir, 35 – Eboa, 21.

16 fevral

Marsel – Amyen 2:0
Qol: Toven, 19. Balotelli, 25.

Anje – Nitsa 3:0
Qol: Bahoken, 44-pen. Fulqini, 47. K.Lopes, 90.

Monako – Nant 1:0
Qol: J.Martins, 13.

17 fevral

Bordo – Tuluza 2:1
Qol: Basiç, 2. Briand, 82 – Kayuzak, 70.

Kan – Strasburq 0:0

Lill – Monpelye 0:0

Reyms – Renn 2:0
Qol: Dia, 3. Oudin, 68.

Sent-Etyen – PSJ 0:1
Qol: Mbappe, 73.

Bombardir: Kilian Mbappe (PSJ) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button