“Həm Neymar, həm də Mbappe komandada qalacaq” – PSJ-nin rəhbəri

PSJ klubunun prezidenti Nasser Əl-Xələfi Paris təmsilçisinin Çempionlar Liqasının 1/4 finalında “Atalanta”nı məğlub etdiyi oyundan (2:1) sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, klub rəhbəri, “RMC Sport”a açıqlamasında Neymar və Kilian Mbappenin gələcəyi haqda da danışıb:

“Bizim üçün xüsusi gündür, sadəcə möhtəşəmdir. Yarımfinala yüksəlmək bizim üçün çox vacib idi. Futbolçular bütün güclərini oyuna sərf etdilər. Hamı PSJ-nin Çempionlar Liqasına hazır olmadığını deyirdi, amma biz möhtəşəm xarakter göstərdik.

Neymar və Mbappe dünyanın ən yaxşı futbolçuları sırasındadırlar. Neymar oyunun ən yaxşısı idi. Komandamız çox dəyişib. Həm Neymar, həm də Mbappe komandada qalacaq, onlar PSJ-dən ayrılmayacaqlar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button