PSJ Lionda məğlub oldu

Fransa Liqa 1-də 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Lill” “Nitsa”nı qəbul edib. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.

Cari mövsümdə uğursuz çıxış edən “Monako” öz meydanında “Tuluza”yla üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb. Səfərdə “Reyms”lə qarşılaşan “Marsel” isə məğlubiyyətlə üzləşib.

Son çempion PSJ isə çətin “Lion” səfərinə yollanıb. Paytaxt klubu bu görüşdən məğlubiyyətlə ayrılıb.

Bu tur keçirilməli olan “Bordo” – “Genqam”, “Kan” – “Nant” və “Sent-Etyen” – “Strasburq” matçları təxirə salınıb.

Fransa Liqa 1, 23-cü tur

1 fevral

Lill – Nitsa 4:0
Qol: Leao, 7. Pepe, 37. Bamba, 75. Remi, 90.

2 fevral

Anje – Dijon 1:0
Qol: Bahoken, 27.

Monako – Tuluza 2:1
Qol: Qolovin, 15. Fabreqas, 62 – Julien, 20.

Renn – Amyen 1:0
Qol: Zeffane, 82.

Reyms – Marsel 2:1
Qol: Dinqome, 21. S.H.Yun, 68 – Jie, 86.

3 fevral

Nim – Monpelye 1:1
Qol: Landre, 2 – Delor, 73.

Lion – PSJ 2:1
Qol: Dembele, 33. Fekir, 49-pen – Di Mariya, 7.

Bombardir: Kilian Mbappe (PSJ) – 18 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button