“Biz qarşısına böyük məqsəd qoyan bir ailəyik” – Neymar

PSJ-nin futbolçusu Neymar Paris klubunda keçirdiyi üç ili dəyərləndirib.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan braziliyalı hücumçu, bunları deyib:

“Bu üç il mənim üçün zəngin təcrübə oldu. Sevinc də oldu, kədər də. Ən çox məyus olduğum, zədə səbəbindən çox oyun buraxmağım oldu. Komanda yoldaşlarımın köməyi ilə hər şeyin öhdəsindən gəldim. Düşünürəm ki, Parisdə xoş xatirələrim var. Biz qarşısına böyük məqsəd qoyan bir ailəyik. Bu mövsümü Çempionlar Liqasındakı qələbə ilə bitirmək istəyirik”.

Neymar PSJ ilə Liqa 1-də son mövsümdə 15 oyunda iştirak edib və 13 qol vurub. Paris klubu koronavirusa görə dayandırılan Liqa 1-də qalib elan olunub.

Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə keçib.