Neymar Çempionlar Liqasının finalını buraxa bilər

PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının final matçını buraxa bilər.

Komanda.az xəbər verir ki, buna səbəb braziliyalı hücumçunun tibbi protokolu pozmasıdır. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Neymar, yarımfinalda “Leyptsiq”i məğlub etdikləri oyundan sonra rəqib komandanın futbolçusu Marsel Halstenberqlə formasını dəyişib. UEFA-nın tibbi protokolunda isə koronavirusa görə futbolçuların formalarını dəyişməmələri tövsiyə olunur. UEFA, forma məsələsinə görə Neymarı cəzalandıra bilər və o, final matçında iştirak etməyə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button