Messinin aylıq 20 min avroya kirayələdiyi yeni evi FOTO

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi yeni evinə köçüb.

Komanda.az xəbər verir ki, argentinalı hücumçunun mənzili Parisin ən yaxşı bölgələrindən birində – Nöyi-sür-Sendə yerləşir.

Evin 300 kvadratmetrlik sahəsi və 4 yataq otağı var. Messi bu ev üçün ayda 20 min avro kirayə haqqı ödəyəcək.

Messi ötən ay PSJ ilə 2+1 illik müqavilə imzalayıb.