Messi: “Bu gün Ramosla bir yerdə olmaq möhtəşəmdir”

PSJ-nin futbolçusu Lionel Messi komanda yoldaşı Serxio Ramos haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu, Ramosun mükəmməl oyunçu olduğunu deyib:

“Uzun illər Ramosla rəqabətdə olmuşuq. O, “Real”ın, mən də “Barselona”nın kapitanı idim və dəfələrlə meydanda döyüşmüşük. Amma artıq hər şey orda qaldı. Nə qədər rəqabətdə olsaq da, hər zaman bir-birimizə hörmət etmişik.

Bu gün Ramosla bir yerdə olmaq möhtəşəmdir. Yavaş-yavaş komandaya qoşulur və ən yaxın zamanda oynayacağına ümid edirəm. O, məqsədlərimizə çatmaq üçün bizə çox kömək edəcək”.