Mbappe qərarını verdi: Qalır, yoxsa gedir?

PSJ-nin futbolçusu Kilian Mbappe yeni mövsümdə də Paris klubunun formasını geyinəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 21 yaşlı hücumçu özü açıqlama verib:

“PSJ-dəyəm və bu layihənin bir parçası olmaq istəyirəm. Yeni mövsümdə də PSJ-də olacam, bu komanda ilə mümkün qədər çox titul qazanmaq istəyirəm. Qarşımızda çox vacib bir mövsüm var”.

PSJ ilə 2022-ci ilin yayına qədər müqaviləsi olan Mbappenin adı “Real”la hallanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button