“Futbol tarixinin ən yaxşı oyunçusu olmaq istəmirəm” – Mbappe

PSJ-nin futbolçusu Kilian Mbappe Fransa mətbuatına açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız hücumçu, ən çox bəyəndiyi oyunçuların adlarını açıqlayıb, gələcək hədəflərindən danışıb:

“Məncə, bütün zamanların ən yaxşı futbolçusu Peledir, ancaq 1950-ci illərdə futbol oynayıb. Müasir dövr üçün isə Kriştiano Ronaldo, Lionel Messi, Dieqo Maradona və Zinəddin Zidandır. Çox sayda xüsusi futbolçu var, birini seçmək çətindir. Kimi deyirsiz deyin, nəticədə kimsə yadınızdan çıxacaq.

Futbol tarixinin ən yaxşı oyunçusu olmaq istəmirəm. Sadəcə, hər oyundan sonra “performans”ımla qürur duymaq və meydanda əlimdən gələni etdiyimi bilmək istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button