Mbappedən qələbə şərhi

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasında “Leyptisq”i (Almaniya) məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı hücumçu, 3:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Çempionlar Liqasında hər oyun çətindir. Azarkeşlərimizin dəstəyiylə qələbə qazana bildik. Evimizdə aldığımız qələbəylə liderik. Mövqeyimizi itirməməyə çalışacağıq”.