“Atletiko” üçün tibbi müayinədən keçdi

PSJ-nin futbolçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, uruqvaylı hücumçu “Atletiko” klubuyla razılıq əldə edib. Kavaninin artıq tibbi müayinədən keçdiyi də bildirilir.

Kavaninin transferində hələ ki, tək maneə PSJ-dir. “Atletiko” Paris təmsilçisi ilə hələlik transfer məbləğində razılığa gələ bilməyib.

PSJ ilə yaya qədər müqaviləsi olan Kavani, bu mövsüm Liqa 1-də 9 oyunda iki qol vurub.