Neymar futboldan sonrakı planlarını açıqladı

PSJ-nin braziliyalı hücumçusu Neymar futbolçu karyerasını bitirdikdən sonrakı planlarını açıqlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Neymar, futbol həyatını sonlandırdıqdan sonra pokerdə peşəkar oyunçu olmaq istədiyini bildirib:

“Hər gün poker oynayıram. Hər zaman iştirak etmək istədiyim, lakin işimə görə kənarda qaldığım turnirlər var. Buna görə də, futbolçu karyeramı bitirdikdən sonra peşəkar poker oyunçusu olmağa qərar vermişəm”.