Tuxel: “Köməkçimə dedim ki, bir qol vursaq…”

PSJ-nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 final mərhələsində “Atalanta”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Tuxel, 2:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Gec gələn qol bir az gərginlik yaratdı, düzdür. Bu oyunda qol vura bilməyəcəyimizi heç vaxt düşünmədim. Köməkçimə dedim ki, bir qol vursaq, növbəti qolu da vuracağıq və belə də oldu.

Bura 4 kubokla gəlib, yarımfinala yüksəlmək komandamın xarakterini nümayiş etdirir. Bütün Paris PSJ ilə qürur duya bilər. Bu, bir çox insanın əməyinin bəhrəsidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button