“Bu, avtomobil qəzasına bənzəyirdi” – Tuxel

PSJ-nin baş məşqçisi Tomas Tuxel açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Tuxel, ötən mövsüm “Mançester Yunayted”ə məğlub olduqları oyun haqda danışıb:

“Məğlubiyyətdən sonra bir neçə gün tək qaldım. Çox çalışdıq. İlk oyunda “Mançester Yunayted”i səfərdə məğlub etdik. Onları öz meydanlarında məğlub edən ilk Fransa klubu olmuşduq. İkinci oyunda isə məğlub olduq. Bu, avtomobil qəzasına bənzəyirdi”.

PSJ ötən mövsüm Çempionlar Liqasının 1/8 finalında ilk oyunda səfərdə MY-ni 2:0 hesabıyla məğlub etsə də, cavab oyununda 1:3 hesabıyla uduzaraq, turnirlə vidalaşmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button