“Futbolçuları öldürürük” – Tuxel

PSJ-nin baş məşqçisi Tomas Tuxel 2020/21 mövsümünün təqviminin futbolçuların sağlamlığına təsir etdiyini deyib.

Komanda.az xəbər verir ki, alman mütəxəssis, bu barədə “goal.com”a açıqlamasında bildirib. Tuxel, belə təqvimlə futbolçuları öldürəcəklərini deyib:

“Belə bir təqvimlə sadəcə futbolçuları öldürürük. Hər zaman bu barədə danışıram. Futbolçuları öldürürük, çünki onların istirahəti yoxdur. Futbolda hər zaman bütün çətinlik güclü futbolçuların üzərinə düşür və onlar da milli komandaya da yollanırlar. Hər oyun bir futbolçumuz zədələnir. Bu, təkcə bizə aid deyil, “Bavariya”, “Mançester Siti”, “Liverpul” kimi komandalarda da belə problemlər yaşanır. Bunlar bəhanə deyil, həqiqətdir. Buna bir çarə tapmalıyıq. Futbolçuların oyunlardan sonra bərpa vaxtları olmur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button